Etik dəyərlər
Bu sənəddə qeyd olunan məsələlər bütövlükdə şirkətin etik siyasəti, iş prinsipləri və keyfiyyət siyasətlərini qeyd etmək və sistemin daha effektiv şəkildə işləməsi üçün hazırlanmışdır.Sosial məsuliyyət
İşçilərimizə, müştərilərimizə, iş ortaqlarımıza və fəaliyyət göstərdiyimiz cəmiyyətimizə müsbət töhfə vermək ALCAS-ın missiyaları arasında yer tutur.
Təşkilati sosial məsuliyyət də bu missiyanın önəmli bir hissəsidir.
ALCAS fəaliyyət göstərdiyi cəmiyyətə real, qalıcı və davamlı töhfə vermək öhdəliyi daşıyan təşkilat kimi tanınmaq istəyir.
ALCAS olaraq davamlı inkişaf təşkilati fəlsəfəmizin məhək daşıdır və iqtisadi, ekoloji (ətraf mühitlə bağlı) və sosial öhdəliklərimizi formalaşdırır.
Fəaliyyət göstərdiyimiz cəmiyyətimizə və bölgə iqtisadiyyatına müsbət töhfə vermək mövzusunda cəhdlərimiz hər zaman davam edəcək.
Missiya, vizyon və dəyərlərimizMissiyamızMissiyamız aydın və dəqiqdir - ən yaxşı fəaliyyət göstərən ALÜMİNİUM PROFİL İSTEHSALAT firması olmaq!
Missiyamıza çatmaq üçün 2 əsas strategiyamız var;
Yüksək keyfiyyət - az xərcÖz sektorumuzda ən aşağı xərcli istehsalçı olmağı hədəfləyirik, bu səbəbdən az xərcli istehsal gücümüzü artıraraq buradan əldə olunan mənfəəti əməliyyatlarımıza sərf etmək istəyirik.
Effektivliyə yönəlməMəhsuldarlığın davamlı artırılması və xərclərin azaldılması ALCAS-ın təşkilati qaydalarından biridir. Bu səbəbdən, müxtəlif işin mükəmməlləşdirilməsi proqramları tətbiq olunmalıdır.
Vizyonumuz"Müştərilərimizə, işçilərimizə və cəmiyyətimimizə yüksək əxlaqi standartlarda dəyər qatan, sektorunda qabaqcıl bir şirkət olmaq." Sektorunun qabaqcıl firmalarından biri kimi aşağıdakı öhdəlikləri üzərimizə götürdük:
– Müştərilərimizin məhsul və xidmət keyfiyyəti baxımından gözləntilərini qarşılamaq və bu gözləntiləri üstələmək,
– İşçilərimizi məqsədlərini həyata keçirmələri və özlərini davamlı olaraq inkişaf etdirə bilmələri üçün ruhlandıracaq etibarlı iş mühiti ilə təmin etmək,
– Fəaliyyət göstərdiyi cəmiyyətdə məsuliyyətli işəgötürən və vətəndaş olmaq; təbii sərvətlərdən diqqətli və şüurlu şəkildə faydalanmaq,
– Mükəmməl müəssisə/davamlı gəlirli inkşiaf modelinə nail olaraq işçilərimizə və cəmiyyət əlavə dəyər qazandırmaq.
İş strategiyamızın əsas istiqamətləri; sektorunda lider təchizatçılardan biri olaraq yüksək keyfiyyətli, az xərcli - effektivliyə yönəlmiş davamlı inkişafdır.
Dəyərlərimiz– Müştərilərimizin uğurlarına "win-win yanaşması ilə gəlir gətirən həll yolları təqdim edərək" töhfə veririk.
– İşimizdə etibarsız davranışlara qarşı tolerantlıq göstərmirik.
– Ətraf mühiti qorumağa məcburuq.
– Çokmədəniyyətli iş mühitinə hörmət göstəririk və dəstəkləyirik.
– Bir-birimizi dəstəkləmək və bir-birimizdən öyrənmək məqsədini güdürük.
– Açıq fikirlərə və yenilikçi düşüncələrə dəstək veririk.
– Qərarlıyıq və eyni zamanda məsuliyyətliyik.
– İşimizə və həll yollarına fokuslanırıq.
– Xərclərimizdən xəbərdarıq.
– Hər bir işçimizdən etik baxımdan qüsursuz davranış və yüksək məhsuldarlıq gözləyirik.
Şirkət siyasətləriİŞ ETİKASI QAYDALARIMIZŞirkətin və işçilərinin işlərin icrası zamanı əməl etməli olduqları əsas etik prinsiplər:
Qaydalara riayətŞirkət qayda-qanun hökmlərinə riayət olunmasına məcburdur.
Dürüstlük və DoğruluqŞirkət doğruluq və dürüstlük standartlarına uyğun davranır.
İnsan hüquqlarıŞirkət İnsan Hüquqları Beynəlxalq Bəyannaməsinə hörmət göstərir.
DavamlılıqŞirkət fəaliyyətlərinin davamlılığını işçilərin sağlamlığını və əməyin mühafizəsini təmin etməklə və ətraf mühiti qorumaqla saxlayır.
İnsan Resursları siyasətiMissiyamızı canlandırmaq üçün eyni dəyərlərə malik mükəmməl zəhmətimiz ən dəyərli mənbəmizdir. İnsan resursları strategiyamız və dəstəkləyici siyasətimiz yüksək effektivliyə nail olmağa fokuslanmaqdır. Mükəmməl idarə heyəti və işçi kadrlarımızla ən yaxşı xidmətin göstərildiyi, işçilərimizin rollarını qavramalarını gücləndirəcək pozitiv şirkət mədəniyyəti yaratmaq bizim məqsədimizdir.
ALCAS-da İnsan Hüquqları Beynəlxalq Bəyannaməsinə hörmətlə yanaşılan, irqi, cinsi, dini, mədəni ayrı-seçkilik olunmayan, bacarıqlı işçilərin özlərini etik qaydalar çərçivəsində rahatlıqla ifadə edə biləcəkləri iş mühiti mövcuddur. Biz bacarıqlı işçilərlə inkişaf edəcəyimizə inanırıq. Biz işə uyğun təhsil və özünü inkişaf etdirmə imkanları ilə ALCAS iş mühitində "Mükəmməlliklərimizi artırmağı" hədəfləyirik. Bu hədəfimizi ALCAS-a yeni yanaşmalar və ideyalar qatacaq sektorda təcrübə toplamış şəxslərin işə götürülməsi ilə tarazlayırıq.
Prinsiplərimiz– İşə uyğun keyfiyyətlərə malik işçilərin seçimi və işə təyini,
– İşçinin bacarıq və ehtiyaclarına uyğun yetişməsi və inkişaf imkanı,
– İşin xüsusiyyətlərinə uyğun iş mühiti,
– İşçinin məhsuldarlığını effektiv yollarla qiymətləndirmək və sistematik metodlarla qiymət təyini,
– İşçinin bacarığı və təşkilatın ehtiyaclarına uyğun karyera planlaması və ardıcıllıq,
– İşçinin motivasiyasının (həvəsləndirmə) davamlılığı,
Fərqliliklərə hörmətALCAS olaraq işçilərimiz arasında irqi, dini, dil və cinsi ayrı-seçkiliyə tolerantlıq göstərmirik. İşəgötürmə siyasətimizlə "müraciət etdiyimiz müştərilərimizin fərqliliklərinə uyğunluğu əks etdirəcək şəkildə, beynəlxalq fərqliliklərə hörməti" qarşımıza məqsəd qoyduq.
İstər işçilər arasında, istərsə də işəgötürmə zamanı irqi, dini, dil və cinsi ayrı-seçkilik olunmadığını, insan hüquqlarına hörməti əsas hesab etdiyimizi, işçilərin şirkətdaxili fiziki, ruhi və mənəvi baxımdan pis münasibətlərə qarşı qorunması üçün tədbirlər gördüyümüzü bildiririk.
Karyeranın idarə olunması və planlaşdırılmasıKaryeranın idarə olunması və planlaşdırılması uğurlarımızı gələcəyə daşıyacaq həyati əhəmiyyətə malikdir. İşçilərimizin ALCAS müəssisəsindəki proqramlarda iştirakını təmin və təşviq edərək karyeranın idarə olunmasını və planlaşdırılmasını həyata keçirmək istəyirik.
ALCAS rəhbərləriALCAS rəhbərləri gələcəyimizi formalaşdıracaq, bizimlə eyni dəyərlərə və düzgün bacarıqlara malik idarəçilərdir. İdarəçi seçimləri zamanı ALCAS komandasını, idarəçilərimizi, işçilərimizi və təşkilatımızı irəliyə aparacaq şərtləri əhatə edən "ALCAS rəhbərlik şərtləri"ndən istifadə edirik.
Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizliyi siyasətiƏtraf mühiti, işçilərin, müştərilərin, baş çəkənlərin və ALCAS üçün işləri yerinə yetirən digər insanların sağlamlığını və rifahını qorumaq ALCAS-ın əsas dəyəridir.
Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik düşüncəsi ilə özünü yüksək səviyyəli bir şirkət olmağa həsr edən ALCAS bütün qəzaların qarşısını almağın mümkünlüyünə inanır, buna uyğun olaraq təhlükəli mühit və davranışlara qarşı "TOLERANT OLMAYARAQ" "QƏZA BAŞ VERMƏMƏSİNİ" hədəfləyir.
ALCAS bu anlayışa uyğun olaraq aşağıdakı prinsiplərə əsasən hərəkət edəcəyini öz öhdəsinə götürür:
-Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizliyə dair yerli və beynəlxalq qanun, təlimat və şərtlərə riayət etmək,
-Təbii sərvətlərdən istifadəni azaldan metodları təkmilləşdirmək və onlardan istifadə etmək, yenidən istifadə və təkrar istehsal əməliyyatlarını artırmaq,
-Fəaliyyətlər əsnasında meydana çıxan bərk, maye və qaz tullantılarını mənbəyində azaldacaq və ətraf mühit təsirlərini nəzarət altında saxlayacaq tədbirlər görmək, təkrar istehsal oluna bilməyən tullantıları ətrafa ziyan vermədən aradan qaldırmaq,
-Məhsul, təsisat, maşın və proses yönümlü layihələr üzərində çalışarkən layihənin ətaf mühitə olan təsirləri ilə insanlar üçün təhlükə və riskləri minimumda saxlayacaq tədbirlər görmək,
-Bütün işçilərdə ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik düşüncəsinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərmək,
-İş mühitindəki şəraitdən və yerinə yetirilən fəaliyyətlərdən qaynaqlanan təhlükə və riskləri təyin etmək, dəyərləndirmək və minimuma endirmək üçün zəruri tədbirlər görmək,
-Bütün fəaliyyətlərin ətraf mühitə ola biləcək təsirlərini dərk etmək, müəyyənləşdirmək və minimuma endirmək,
-Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizliyin idarəsi sistemlərinin effektiv və məhsuldar tətbiqi və təkmilləşdirilməsinə yönəlmiş uyğun mənbə, təhsil, dərs, konsultant və yoxlamaların təmini,
– Ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizliklə bağlı idarəçilik sistemlərini tətbiq edərək sistemin periodik olaraq və dəyişən şərtlərdə gözdən keçirilməsini təmin etmək və idarəçilik sisteminin məhsuldarlığını davamlı olaraq artırmaq.
Keyfiyyət siyasətiHƏDƏFİMİZ; Müştərilərimizin ehtiyaclarını yüksək səviyyədə və davamlı şəkildə qaydalara və standartlara uyğun olaraq qarşılamaq məqsədilə istehsal etməkdir.
Keyfiyyət siyasətimiz aydın və dəqiq keyfiyyət sənədləri ilə tətbiq zərurətlərinə çevrilərək hər səviyyədə başa düşülmüşdür. Həmçinin keyfiyyət siyasətimizə missiyamız da daxildir.
Yüksək səviyyədə və davamlı müştəri məmnuniyyətini təmin etmək məqsədilə məhsuldar, planlı və yaradıcı işlərimiz müddətində əldə etdiyimiz bütün məhsul və xidmətlərdə zəruri keyfiyyət səviyyəsinə nail olmaq və onun davamlılığını təmin etmək əsas hədəfimizdir.Əsas keyfiyyət siyasətimiz– İnkişaf edən təşkilati strukturumuzla, elm və texnologiyadakı inkişaf və dəyişikliklərlə uzlaşan dinamikamızla, daim artan keyfiyyət səviyyəmizlə sektorda aparıcı təsisat olmaq,
– Nizam-intizam, dürüstlük, çalışqanlıq, keyfiyyət, təmizlik kimi əsas prinsipləri qəbul etmək,
– Müştəri məmnuniyyətini müştərilərin gözləntisindən daha artıq təmin etmək və daima artırmaq,
– İstehsalda ətraf mühit anlayışına hörməti bütün işçilərimizə təbliğ etmək,
– Təchizatçılarımıza gördüyümüz işlərlə bağlı zərurətlərin davamlı olaraq aydın və başa düşülən şəkildə bildirilməsinin təmini və ALCAS KYS məntiqini bütün təchizatçılarımıza ziyarət və təcrübə üsulu ilə təbliğ etmək,
– Təyin olunmuş keyfiyyət hədəflərinin göstəriciləri ilə davamlı inkişaf missiyası əsasında xərcləri azaltmaq, məhsuldarlığı və gəlirliliyi artırmaq; bütün işçilərimiz tərəfindən mənimsənilməsini təmin etmək,
– Bütün işçilərimizin "Keyfiyyət hər kəsin işidir" düşüncəsi ilə keyfiyyəti artırma və davamlı yaxşılaşdırma cəhdlərinə qoşulmalarını təmin etmək,
– "Keyfiyyət idarə olunmaz, yaradılar" düşüncəsinin bütün işçilərimiz tərəfindən prinsip kimi qəbul olunmasını təmin etmək,
– Atılacaq hər addımın ilk cəhddə, davamlı olaraq düzgün həyata keçirilməsi düşüncəsinin formalaşmasını təmin etmək.
Sertifikat və lisenziyalarTS EN – ISO 9001:2008, OHSAS 18001:2007, CE İnteqrasiya Keyfiyyətin idarə edilməsi sistemi sertifikatları və Qualicoat, Qualanod, TS EN 755-9, TS EN 12020-2, TS 4922 məhsul sertifikatları ilə müştərimizə məhsul və xidmət keyfiyyətinə zəmanət veririk.
Gələcəkdə də müştərilərimizin tələblərinə cavab vermək məqsədilə keyfiyyətimizi artırmaq üçün işlərimizə davam edəcəyik.
* ALCAS iş etikası və siyasətləri bütün təchizatçılar tərəfindən qəbul edilir və tətbiq olunur.
Sosial şəbəkələrdə paylaş