İdarə heyətimiz firmamızın dinamikasına nəzarət edərək qərarların qəbulunda mükəmməl və strateji vizyona malikdir. Prosesləri və işçiləri idarə etmək və təkmilləşdirmək istiqamətində hadisələrə riskli idarəçilik mövqeyindən baxır. Əlbəttə, bir mərkəzli idarələrin yol verdiyi bir çox səhvləri məsləhətləşərək asanlıqla aradan qaldıra bilən idarə heyətimiz öz üzərində çalışmağa davam edir.
Mehmet YILMAZ"Biz çətin və zəhmətli bir yoldan keçmişik və bilirik ki, qarşımızda elə də rahat bir yol olmayacaq. Qlobal və yerli rəqabətin hədsiz dərəcədə artdığı dünyada asan qazanc yolu yoxdur. Tək-tək uğurlar və laqeyd idarəçilik anlayışı firmaları yalnız uçuruma aparır. Bəli... çox işləmək, məhsuldar işləmək və rəqabət aparmaq məcburiyyətindəyik. Bunun üçün daim dinamikanı saxlamağa və firmamızı olmalı olduğu, layiq olduğu yerə tezliklə çatdırmağa çalışırıq."
Mehmet YILMAZİdarə heyətinin üzvü, Qurucu ortaq
Abdulla YILMAZ"Firmamızı sevərək işləyən, əmək sərf edən bütün işçilərimizlə birlikdə uğur hekayəsi yaza bildik. Uğur bu əməyin və göz nurunun əvəzində əldə olunur. Əgər daha böyük uğura nail olmağı arzulayırıqsa, birliyimizi artırmağa çalışmağımız vacibdir. Firmamız qarşısında aydın və parlaq bir gələcəyi olan, işləyən və istehsal edən bir firma kimi Türkiyə və dünya səhnəsində yerini ucaldacaq. Gələcək bizim hekayəmiz olacaq."
Abdulla YILMAZİdarə heyətinin sədri, Qurucu ortaq
Eltac BƏHMƏNOV"Dünyanın dörd bir tərəfinə məhsul ixrac edən markanın Azərbaycan nümayəndəliyi olmaq ciddi bir məsuliyyətdir. Qlobal marka idarəetmə mexanizmini yerli bazara uyğunlaşdıraraq, yerli mütəxəssislər yetişdirərək, əzmlə çalışaraq, dürüstcə xidmət göstərərək bu yolda uğurun bizimlə olacağından əminik."
Eltac BƏHMƏNOVAzərbaycan regional direktoru